YeniSi art-texnologiyalar yay məktəbi
Camps 23.06.2013
YeniSi art-texnologiyalar yay məktəbinə müraciət qəbul olunur
YeniSi Ədəbiyyat və Mədəniyyət Təzahürləri Mərkəzi mədəniyyətin müxtəlif sferalarında araşdırmaçı gənclər üçün müsabiqə elan edir.
Sənətşünaslıq, kulturologiya, teatrşünaslıq, musiqişünaslıq, ədəbi tənqid, mədəniyyətin sosiologiyası və s. sahələr üzrə müxtəlif pillələrdə təhsil alan və ya məzun olmuş gənclər araşdırma-yazı nümunələri ilə müsabiqədə iştirak edə bilərlər. Yazılar minimum 20 000 işarə olmaqla, mədəniyyət və incəsənətin müasir problemlərini əhatə etməlidir. Uğurlu işlərin müəllifləri Mərkəzin təşkil etdiyi yay məktəbində iştirak edəcək.
İndividual baxış formalaşdırmağa yönəlmiş yay məktəbi mədəniyyətə yanaşmada kreativ üsulları ilə fərqlənir və müasir araşdırma texnologiyalarını tətbiq edir. Layihənin iştirakçıları YeniSi ilə daimi əməkdaşlıq şansı qazanacaq.
Məktəbdə iştirak tam ödənişsizdir. Layihənin iştirakçıları sertifikatla təltif olunacaq.
Maraqlananlar yazılarını (soyad, ad, təhsil aldığınız və ya bitirdiyiniz ali təhsil müəssisəsi və ixtisasınızı qeyd etməklə) info@yenisi.az ünvanına göndərə bilər. Yazılar 30 iyun 2013-cü il tarixinədək qəbul olunur.
Məlumat üçün deyək ki, YeniSi Ədəbiyyat və Mədəniyyət Təzahürləri Mərkəzi 2002-ci ildən fəaliyyət göstərir və mədəniyyət sahəsində müxtəlif layihələr həyata keçirir. Art-texnologiyalar yay məktəbi YeniSinin ikinci nəfəs layihələri sırasındadır və Azərbaycan Gənclər Fondunun dəstəyi ilə həyata keçirilir.