“Ətraf mühit və təhlükəsizlik: ekoloji maarifləndirmə proqramı”


Ekoloji düşərgəyə dəvət


“Yaddaş” Maarifçi Gənclər İctimai Birliyi “Ətraf mühit və təhlükəsizlik: ekoloji maarifləndirmə proqramı” adlı layihə icra edir. 
Layihənin məqsədi gənclərdə ətraf mühitə ziyan vurmadan təbii ehtiyatlardan səmərəli istifadə ilə bağlı bilik və bacarıqlar, davranış vərdişləri formalaşdırmaqdır.
Bu layihə çərçivəsində Şəki şəhərində ekoloji düşərgə təşkil ediləcəkdir. Ətraf mühitin mühafizəsi ilə maraqlanan gəncləri düşərgədə iştirak etməyə dəvət edirik. İştirak etmək arzusunda olanlar yaddash_sheki@yahoo.com ünvanına müraciət etməklə ərizə formasını əldə edə bilərlər. 
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşdirilir və 3 ay müddətində həyata keçiriləcəkdir.