Mikrokreditler bolmesinin kicik eksperti / Sumqayit filiali


Bankımız haqda:

1994-cü ildə “Tuqay” adı altında ölkənin ilk kommersiya banklarından biri olaraq qeydiyyatdan keçmişdir. 1997-ci ilin fevral ayında təsisçilərin qərarı ilə bankın adı “Bank of Baku” Birgə Səhmdar Kommersiya Bankı adı ilə əvəzlənmişdir. 2004-cü ildən etibarən bankımız Açıq Səhmdar Cəmiyyət kimi fəaliyyət göstərir. Hazırda fəaliyyətdə olan 21 filial və 1 inzibati ofis müştərilərimizə bütün növ bank xidmətləri göstərir.
Bankımızın uzunmüddətli hədəfi fərdlərə, kiçik və orta biznesə müasir və keyfiyyətli maliyyə məhsulları və xidmətlərini təqdim edən aparıcı maliyyə qurumu kimi qalmaqla bərabər, həm də fəaliyyətini inkişaf etdirməkdir. 

Əsas vəzifə və öhdəliklər:

  • Kredit almaq üçün müraciət edən şəxslərə kredit məhsulunun şərtləri barədə məlumat verir
  • Ərizəçinin biznesinin maliyyə təhlilini həyata keçirir
  • Kreditin verilməsi ilə bağlı təklif hazırlayır
  • Kredit portfelinin keyfiyyətinə nəzarət edir

Tələb olunan kriteriyalar:

  • Ali təhsil ( ali iqtisadi təhsilin olması üstünlük təşkil edir)
  • Bank işi sahəsində bilik/təcrübənin olması üstünlük təşkil edir
  • Məntiqi düşünmək, detallara diqqət etmək qabiliyyəti
  • Müştərilərlə ünsiyyət qurmaq bacarığı
  • Təhlil etmə bacarığı
  • Məsuliyyətli və dəqiq
  • Stresə davamlılıq
  • Azərbaycan dilini əla bilmək (Rus dili biliklərinin olması üstünlük təşkil edir)
  • MS Office proqramlarında işləmək bacarığı
  • Hərbi xidməti bitirənlərə və ya hərbi xidmətdən möhlət hüququ olanlara üstünlük verilir

Yuxarıdakı tələblərə uyğun namizədlər “Subject” qrafasında “Biznes kreditləri” yazmaqla öz CV-lərini və ya bankın saytından (http://www.bankofbaku.com/az/hr-category/cv-forma.html) əldə edilmiş “İşə müraciət formu”nu (şəkillə birlikdə) Azərbaycan dilində hr@bankofbaku.com ünvanına göndərə və ya bankın Sumqayıt filialına (Z.Hacıyev küçəsi 20 A) təqdim edə bilərlər. CV-lərin qəbulu üçün son tarix 15 Iyul 2013-cü ildir. Xahiş edirik, telefon vasitəsilə müraciət etməyəsiniz.