Renaissance Təhsil Mərkəzi
News 05.08.2013
Renaissance Təhsil Mərkəzinin 2009-cu il, İyulun 1-də əsası qoyulmuşdur. Artıq 5 ildir ki, fəaliyyət göstərən mərkəz öz yüksək təhsil səviyyəsinə, tələbələrinin göstəricilərinə və müəllim heyətinin professional fəaliyyətinə görə digər mərkəzlərdən seçilir və tələbələr tərəfindən bizə üstünlük verilir. Renaissance təkcə təhsil verməklə qalmayıb eyni zamanda tələbələrinə gələcəkdə özlərinə düzgün təhsil və karyera yollarını seçmək üçün konsultasiyalar verir və bu yolda onların qayğısına qalır.
Bizim mərkəzi seçən insanlar təkcə məktəbli və ya universitet tələbələri deyil. Eyni zamanda müxtəlif yüksək səviyyəli şirkətlərdən də bizim müəllim heyətinə böyük maraq var və onlar təhsil səviyyəsinin yüksək olduğuna görə bizi seçirlər. Bizə BP, SOCAR, ATƏT, Grand Motors, Azərsun, Az MDF, Paşa K, Access Bank, Bank of Baku, Dəmir Bank, Four Seasons Hotel, müxtəlif universitet və məktəb müəllimləri, dövlət və polis orqanlarının işçiləri tərəfindən də üstünlük verilir və aldıqları təhsildən razı qalırlar.
Eyni zamanda bizi seçən tələbələrimiz hal hazırda müxtəlif şirkətlərdə, dövlət orqanlarında, dizayn kompaniyalarında, konsultinq firmalarında dil və kompyuter biliyi çətinliyi çəkmədən uğurla fəaliyyət göstərirlər.
Renaissance Təhsil Mərkəzi universitetin bakalavr və magist dərəcələrinə də tələbə hazırlığını təmin edir ki, hal hazırda tələbələrimiz müxtəlif universitetlərdə Azərbaycan Respublikası Prezident yanında İdarəetmə Akademiyası, Baki Dövlət Universiteti, Xəzər Universiteti, Azərbaycan Tibb Universiteti kimi təhsil ocaqlarında təhsil alırlar.
Həmçinin Renaissance Təhsil Mərkəzi yay aylarında həm öz tələbələrinə, həm muxtəlif Universitet, kollec, texnikum tələbələrinə Yay məktəbləri imkanları təqdim edir. Avropanın Polşa, Çexiya və s kimi öndə gedən ölkələrində yay məktəbləri təşkil edərək tələbələrə İngilis dilinin yüksək səviyyədə tədrisi və müxtəlif millətlərin mədəniyyət, incəsənət, adət və ənənəlarinin öyrənilməsində imkanlar təqdim edir.
Bizi digərlərindən fərqləndirən əsas xüsusiyyətimiz odur ki, Renaissance tələbələrinə xarici müəllimlərinin də köməyi ilə qısa müddətdə 1-2 -3 ay ərzində ünsiyyət dili öyrədir və bizim tələbələr çətinlik çəkmədən xarici ölkələrə iş, təhsil və ya gəzinti üçün gedə bilirlər. Tələbələrimiz bizdə qısa müddətli təhsil alaraq Amerika Birləşmiş Ştatları, Almaniya, Qatar, Sierra Lion, Çin, İngiltərə, Macarıstan və s. kimi ölkələrə iş, təhsil və ya istirahət üçün səyahət etmişlər.
Bizim peşəkar heyətimiz təkcə təhsil verməklə qalmır, eyni zamanda tələbələrin dünyagörüşünün inkişafında, onların fikirlərinin və xarakterlərinin formalaşmasında da mühüm rol oynayır.
Bizi seçin və bizimlə inkişaf edin!!!