“Azərbaycana Gənc Baxış” Fotoqrafiya və turizm layihəsi təlimləri yekunlaşdı
News 01.07.2013
Azərbaycan Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “Azərbaycana Gənc Baxış” Fotoqrafiya və turizm layihəsi təlimlərini yekunlaşdırıb. 29-30 iyun tarixlərində Azərbaycan Turizm İnstitutunda baş tutan təlimlərdə iştirak edən gənclər fotoqrafiya müsabiqəsinə qatılmağa haqq qazanıblar. 10-17 Iyul tarixinde www.azerbaijan-youth.com internet səhifəsində sərgilənəcək fotolar online səs vermə və münsif səslərinin sayına uyğun qiymətləndiriləcək. Səs vermənin qalibi pul mükafatına layiq görüləcək.
Layihəyənin əsas dəstəkçisi olan Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 dekabr 2011-ci il tarixli 542 nömrəli fərmanı ilə təsis olunmuşdur. Gənclər Fondu gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş fəaliyyətlərin stimullaşdırılmasını təmin edən qurumdur.Gənc nəslin sosial, fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsinə, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, ictimai fəallığının artırılmasına, innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin reallaşdırılmasına, ölkəmizin beynəlxalq aləmdə təbliğinə yönəlmiş layihələrin dəstəklənməsi Azərbaycan Gənclər Fondunun əsas fəaliyyət istiqamətidir.