Beynəlxalq Elmi Konfrans keçiriləcək
News 02.07.2013
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında AR Prezidenti yanında Dövlət Akademiyasının Tələbə Gənclər Təşkilatının (DİA TGT), Lüksemburq və Serbiya Tələbələr Birliklərinin əməkdaşlıqları çərçivəsində, AR Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilati dəstəyi ilə Bakıda “Baloniya prosesi və Azərbaycan” Beynəlxalq Elmi Konfransı keçiriləcək. ATGT-dən SİA-ya verilən məlumata görə, Beynəlxalq Elmi Konfransda baloniya prosesinin Azərbaycan təhsil sistemində möhkəmlənməsi yolu müzakirə olunacaq, onun gələcək inkişaf perspektivlərinə nəzər salınacaq.
Konfransda Litva, Serbiya, Ukrayna, Lüksemburq və Belçikadan nümayəndələr iştirak edəcək.
Qeyd edək ki, konfrans Baloniya Təhsil Prosesinin Azərbaycan təhsil sisteminə inteqrasiyasının sürətləndirilməsini, xarici dövlətlərin bu sahədə təcrübəsini öyrənməyi və onlarla qarşılıqlı əməkdaşlığın təşkil olunmasını qarşıya məqsəd qoyub.
Tədbirdə həmçinin AR Gənclər və İdman Nazirliyi, AR Prezidenti yanında Gənclər Fondunun rəsmilərinin və millət vəkillərinin iştirakı gözlənilir.