Similar Posts

“Mən peşəkar təlimçiyəm - 2” layihəsinə start verilir


Gənс Təlimçilər məktəbi 2013-cü ilin icra planına əsasən “Mən peşəkar təlimçiyəm - 2” layihəsinə start verir. 
Layihənin əsas məqsədi təlimçi olmaq istəyən hər bir şəxsə peşəkar təlimçi kimi fəaliyyət göstərməsi üçün imkanların yaradılmasıdır. Layihənin təlim proqramı aşağıdakı modullardan ibarət olacaq: 

1. Təlimçi kimdir – “Təlimçinin peşəkar yetkinlikləri”

2. Nitq mədəniyyəti və işgüzar üslub

3. Təlimçi ritorikası

4. Təlim mövzusu üzərində iş təlim materiallarının tərtibi

5. Təlim planlaşdırılması və təlim marketinqi

6. Qrupla iş psixologiyası (yaşlı və gənc öyrəncilərin öyrədilməsi texnikası)

7. Təlim bazarının təhlili və peşəkar təlimçi imici

Bu modulların hər-biri üzrə 2-3 günlük təlimlər keçiriləcək. Təlimlər yerli və beynəlxalq peşəkar təlimçi qrupu tərəfindən fərdi-kouçinq və master-classlar formasında həyata keçiriləcək. Təlimin məqsədli qrupu kimi-qeyri-formal təhsil sahəsində fəaliyyət göstərən mütəxəssislər, pedaqoji heyət, biznes strukturlarda təlim və inkişaf sahəsində çalışan şəxslər çıxış edir.

• Təlimin yekununda iştirakçılara Gənclər Arasında Mübadilə İctimai Birliyinin Gənc Təlimçilər Məktəbi layihəsi çərçivəsində sertifikatlar təqdim olunacaq (Azərbaycanda ilk milli sertifikasiya sistemi yaradan təşkilat Gənc Təlimçilər məktəbidir).
• Təlim materialları və Coffee-break təşkilat tərəfindən təmin edilir.
• Təlimdə iştirak ödənişlidir: 50 AZN , Tələbələr üçün 25 AZN
Məcburi köçkün, şəhid ailələrinin nümayəndələri üçün ödənişsizdir.

Təlimlərdə iştirak etmək istəyən şəxslər 14 iyul tarixinə qədər office@yts.az ünvanına öz ad,soyad və əlaqə nömrələrini göndərə bilərlər.


Ünvan: Şərq bazarının arxası, Qarabağ küç. Firuzə Biznes Mərkəzi 3-cü mərtəbə. 

Tel: (012) 496 37 24
Mob tel: (055) 268 09 31 

Email: office@yts.az