Operator və laborant vəzifələrinə müsabiqə
News 15.07.2013
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutu könüllüləri operator və laborant vəzifələrində staj keçməyə dəvət edir.
AMEA-dan verilən məlumatda bildirilir ki, stajkeçməni uğurla başa vuranlara AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda işə qəbul zamanı üstünlük veriləcək. Laborant vəzifəsini tutmaq istəyənlərin magistr dərəcəsi olması, Azərbaycan, ingilis və rus dillərini mükəmməl bilməsi, eləcə də kompüter proqramları ilə işləmək bacarığı olmalıdır (SalamNews).
Arzu edənlər AMEA-nın Nəsimi adına Dilçilik İnstitutuna müraciət edə bilərlər.