"Turizmin inkişafı və gənclər" - I forum


Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi , “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə “Turizmin inkişafında gənclərin rolu” layihəsi çərçivəsində “Turizmin inkişafı və gənclər- I forum” keçiriləcək. 
17-21 İyun 2013-cü il tarixində Gəncə şəhərində baş tutacaq forumun əsas məqsədi ölkənin turizm potensialından istifadə imkanlarının öyrənilməsi, regionların sosial-iqtisadi inkişafında turizm sektoru vasitəsilə gənclərin rolunu artırmaq, bu sahədə yeni kadrların formalaşmasına şərait yaratmaqdır. Forumda 100 nəfər gəncin iştirakı nəzərdə tutulur.
Layihə çərçivəsində gənclərin turizm sahəsində məlumatlanaraq, turizm şirkətlərində təcrübə proqramlarına cəlb olunacaq, peşəkar kadrların təcrübəsindən , məsləhətlərindən yararlanmaları üçün təşkil olunan panellərdə iştirak edəcəklər.Nəticədə gələcək fəaliyyətlərində turizmçiliklə məşqul olacaq gənclər şəbəkəsi qurulacaqdır.


Qeydiyyatdan keçmək istəyən şəxlərin bu ərizə formasın doldurması zərurudir :
qeydiyyat.doc

Son müraciət tarixi : 9 iyun saat 23:00

Əlaqə:
Pərvin Qasımov
"Odlar Yurdu" Gənclər İctimai Birliyi | Könüllülər üzrə koordinator



E-mail: odlaryurduyouth@gmail.com

Tel: (+99450) 429 28 22
(+99455) 239 86 10