Cardiff və Southampton universitetlərində təhsil


May 7, 2013 - June 13, 2013 
12:00 am - 12:00 am

Sizi təqdimata dəvət edirik

Cardiff universitetinin nümayəndəsi xanım Anne Morgan və Southhampton universitetinin nümayəndəsi xanım Donna Haynes iyun ayında Azərbaycana səfər edəcəklər. Siz xanım Anne Morgan və xanım Donna Haynesin “Birləşmiş krallıqda təhsil” adlı təqdimatına dəvətlisiniz. Bu dünyanın ən qabaqcıl 2 universitetlərində təhsil almaq haqda məlumat əldə etmək üçün unikal şansdır.

Cardiff Universiteti haqqında bəzi faktlar:

  • Qabaqcıl və nüfüzlu təhsil mərkəzi
  • Araşdırmalarının nəticələrinə görə yüksək səviyyəli tədris səviyyəsinə görə Birləşmiş Krallıqda 15-ci yerə layiq görülüb.
  • Universitetdə 3500 əcnəbi olmaqla ümumilikdə 28000 tələbə təhsil alır
  • 130 il öncə əsası qoyulmuşdur
  • Biznes, Kompüter elmləri, Mühəndislik, Fiziki elmlər, Hüquqi və Sosial elmlər də daxil olmaqla bir çox sahələrdə proqramlar təklif edilir.
  • Birləşmiş Krallıq universitetlərinin Russell qrupunun bir hissəsidir

Southampton Universiteti haqqında bəzi faktlar:

  • QS Dünya Universitetləri Cədvəlində 73-cü yerdə qərarlaşıb
  • Universitetdə 130 ölkədən 4800 əcnəbi olmaqla ümumilikdə 22000 tələbə təhsil alır
  • Birləşmiş Krallığın ən yaxşı 20 universiteti sırasında olan universitet İngiltərənin cənub sahillərində, Londondan 1 saatlıq məsafədə yerləşir
  • Biz Kompüter elmləri, Mühəndislik, Elektronika elmləri, İdarəçilik və Hüquq da daxil olmaqla 65 sahəni əhatə edən 365 kurs təklif edirik.

Sizin seçdiyiniz sahədən asılı olmayaraq, əmin olun ki, Cardiff və Southampton universitetlərində təhsil almaqla böyük təcrübəyə malik olacaqsınız

Tarix:             Çərşənbə, 12 iyun, 2013
Vaxt:              18:30
Məkan:          British Council, Landmark, Bina III, Nizami küçəsi 90A, Bakı, AZ1010

Giriş pulsuzdur.
Qeydiyyat üçün:
Zəhmət olmasa, British Council-ın Proqramlar üzrə İcraçısı Könül Əhmədova ilə əlaqə saxlayın  +994 (12) 497 20 13, 497 15 93 və ya öz adınızı, əlaqə nömrələrinizi və başlıqda təqdimatın adını yazaraq konul.ahmadova@britishcouncil.az ünvanına göndərin.

Yerlər məhduddur!