“Art Class” layihəsi çərçivəsində incəsənət sahələri üzrə master classlar silsiləsi davam edir...


Baku Art School təqdim edir:

“Art Class” layihəsi çərçivəsində incəsənət sahələri üzrə master classlar silsiləsi davam edir...

Bu dəfə rəssamlıq həvəskarlarına özündə dəniz mənzərəsinin çəkilişini ehtiva edən “Marina” janrında rəsm işləmək imkanı təklif edirik.. 

Master class 3 gün ərzində, hər dərs 1,5 saat olmaqla davam edəcək.

Master class proqramında öyrənəcəksiniz:

- Karandaşın tutulma texnikası
- Mənzərənin ölçülmə qaydaları
- Kətana köçürülmə
- Rənglərin seçilməsi
- Rənglərin palitraya sıxılması
- Kətanın doldurulması
- Detalllar üzərində iş
- Əsərin yekunlaşdırılması

Master Class-ın uğurlu iştirakçıları sertifikatla təmin olunacaq..

Ekspert: Mərziyə Kərimli
İlk rəssamlıq təhsilini 2001-2005ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq məktəbində almışdır. 2005-ci ildən etibarən təhsilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetində davam etdirmiş və 2009-cu ildə bakalavr təhsilini bitirərək universitetin Xalçaçı-rəssam fakültəsi üzrə Magistratura bölməsinə daxil olub. Hazırda Sankt-Peterburq Dövlət Akademik Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda aspiranturada oxuyur. Mərziyə xanım bu günədək bir çox sərgilərdə iştirak etmişdir.

Qeydiyyatdan keçmək üçün ad, soyad və “Marina” yazıb 055 914 57 73 mobil nömrəsinə sms göndərməniz lazımdır. 

“Art Class” layihəsində iştirak: 10 AZN
Baku Art School tələbələri üçün: 7 AZN

Master classın günləri:
25 iyun, saat 11:00
26 iyun, saat 11:00
28 iyun, saat 11:00


Ətraflı:
Ünvan:Səməd Vurğun küç.17 (Sahil metrosunun yanı)
Tel: (+99412) 493 64 05
Mob: (+99455) 914 5773 
E-mail: bakuart_school@yahoo.com

Start Your ART...