Similar Posts

AGTA-nın ərəb dili üzrə tərcüməçilər üçün birinci tədbiri


AGTA-nın ərəb dili üzrə tərcüməçilər üçün birinci tədbiri. Görüş ərəb dili üzrə tanınmış sinxron tərcüməçi Bəhlul Nuri ilə keçiriləcək. 
AGTA üzvləri dəvətlidir.
QEYDİYYATdan keçmək üçün ad, soyadınızı və əlaqə nömrənizi ntk@agta.az ünvanına göndərin.

"Informasiya inqilabı fonunda ərəb dilinə daxil olan neologizmlər"

Dünyanın davamlı ədəbi inkişaf yolu keçən ən qədim dillərindən olan ərəb dili özünün mədəni arealının xaricində baş verən informasiya inqilabı nəticəsində söz yaradılıcılığının yeniliklərindən kənarda qalmır. Bu mənada, ərəb dili bir flektiv canlı orqanizm olaraq öz məntiqinə görə həmin yeni sözləri və leksik vahidləri mümkün qədər özününküləşdirir, öz qəlibinə salır. bu zaman tətbiq olunan yanaşma və metodlar xüsusi maraq kəsb edir. 

Bəhlul Nuri

1998-ci ildə BDU-nun şərqşünaslıq fakültəsinin ərəb şöbəsini bitirib. 2001-ci ildən AMEA-nın Ziya Bünyadov adına şərqşünaslıq institutunun ərəb dövlətləri tarixi və iqtisadiyyatı şöbəsində elmi işçi olaraq çalışır. Dövri mətbuatda bir çox elmi məqalələrlə çıxış edib. Ədəbi, elmi, siyasi və dini mövzuda olan məqalə və kitabları tərcümə edib. Hazırda Livanda etno-konfessional münasibətlər və regional siyasət mövzusunda elmi monoqrafiya üzərində çalışır. Bundan əlavə, orta əsr ərəb müəllifi İbn Xəldunun "əl-Müqəddimə" əsərinin azərbaycan dilinə tərcüməsilə məşğul olur. Sinxron tərcüməçidir.