Məzunlar üçün Kiçik Qrant layihəsi


Əziz dostlar, ABŞ səfirliyinin ayırdığı Məzunlar üçün Kiçik Qrant layihəsi çərçivəsində Şəhər Təşəbbüslərinin ilk seminarına dəvət olunursunuz. İlk seminarda şəhər planlaşdırması haqqında ümumi məlumat və müasir cərəyanlar müzakirə olunacaq. Həmçinin, Bakı şəhərinin planlaşdırmasını müzakirə edəcəyik. Qonağımız Böyük Bakının Regional İnkişaf Planı layihəsinin əməkdaşı Amin Məmmədov olacaq. Tədbir Bakı Təhsil Məlumat Mərkəzinin konfrans zalında keçiriləcək. Ünvan: C. Cabbarlı küçəsi, 40 (Caspian Business Center), 2-ci mərtəbə

Seminar 18 may tarixində saat 15.00-dan 17.00-dək keçiriləcək.